Yuxuda Fil Görmək

yuxuda fil balasi gormek, yuxuda fil balasi gormek nedi


Yuxuda fil görmək
gözəl hadisələrin yaşanacağına, yuxu sahibinin dərdlərindən, çətinliklərindən və kədərlərdən xilas olub dinclik tapacağına işarə edər. Filin görkəmli və güclü bir heyvan olması səbəbi ilə yuxu sahibinin cəmiyyətdə hörmətli bir yeri olacağına hər kəs tərəfindən sözünə etibar ediləcəyinə və sərvət sahibi olacağına yozulmaqdadır. Yuxusunda fil görən adamın həm eşq həm də iş həyatında hər şey qaydasında  gedəcək deməkdir. Yuxuda görülən fil şans, qismət və ruzi olaraq da şərh olunar. Fil başqa bir şəkildə də  yozula bilər. Özünü bəyənmiş və malı ilə öyünən biri olaraq yozularkən, xortumunu sovuran bir fil görmək isə adamın işini itirməsinə şərh olunar.
 
Yuxuda Filə Mindiyini Görmək
Yuxuda bir filə mindiyini görən adam, ticarət həyatında da bir anda yüksəlişə keçəcək və bol qazanc əldə edəcək deməkdir. 

Yuxuda Filin Hücum Etməsi
Bir kimsəyə yuxusunda fil hücum edərsə əgər bu bir xəbərdarlığa işarədir

Yuxuda Fil Əti Yemək
Yuxuda fil əti yemək mal mənasında gələcək olan qismətə işarə edər.

Yuxuda Filin Sizi Qovması
Bir adam yuxusunda fil tərəfindən qovulduğunu görərsə, maddi olaraq çətinliyə düşər, filin adamı tutması isə rəqibləri tərəfindən uduzacağı mənasını verər.

Yuxuda Fildən Qorxmaq
Bir adam yuxusunda fildən qorxduğunu görsə ya da filin onu qorxutduğunu görsə, bu yuxu  xəstə sahibinin yaşayacağı sağlamlıq problemlərinə işarətdir

Yuxuda Filin Xortumunu Görmək
Yuxuda filin xortumunu görmək çox xeyirlidir hələ ki fil xortumu ilə yuxu sahibinə vurdusa, qismət və ruzi mənasını verər.

Yuxuda Fil Qovmaq
Yuxuda fil qovmaq xeyirlidir və yuxu sahibinin əzmini, qüvvətini, gözü tox biri olduğunu ifadə edər. Qarşısına çıxan çətinliklərdən qorxmayan adamın hər vaxt müvəffəqiyyətli olacağını və həyatını istiqamətləndirərkən narahatlıqla deyil, özündən əmin şəkildə hərəkət edəcəyinə yozular. 

Yuxuda Fil Balası Görmək
Fil balası yavaş-yavaş qismətlərin açılacağının xəbərçisidir və yaxın müddətdə yaşanan talehsizliklərin adamda buraxdığı bütün mənfiliklərin geridə qalacağını bildirər. Bu yuxu həmiçinin yuxu sahibinin insanların saydığı və hörmət bəslədiyi 
biri olacağına işarə edər. 

Yuxuda Fil Sevmək
Fil sevən birinin övladları da özü kimi idealist, əzimli, ağıllı və vicdanı azad biridir. Ailə fərdlərinin hamısının yaxşı təhsil alacaqlarına yozular. Fil sevən adamın oğulu olar və xoşbəxt bir həyat yaşayar. 

Yuxuda Fil Dişi Görmək
Həm şöhrətə, həm də zənginliyə əlamət edən bu yuxu, adama böyük bir miras qalacağına dəlalət edər. Yuxu sahibinin maddi mənada xoşbəxt olacağına işarə edər. Yuxu sahibinin sözünə hər kəsin etibar etməsinə, qarşısındakı rəqiblərin belə ondan çəkinəcəyinə yozulmaqdadır. 

Yuxuda Yaralı Fil Görmək
Böyük bir itkinin yaşanacağını bildirər ancaq bu itki maddi cəhətdən özünü göstərər, hesab işlərində edilən səhvlər nəticəsində borclanmağa işarə edər ancaq bunlar müvəqqəti çətinliklərdir. Bu yuxu tədbirlər görməyiniz üçün sizi xəbərdar edər.

Yuxuda Ölü Fil Görmək
İflasa, etibar və güc itkisin olacağından xəbər verər. Ölmüş fil görənlər iş yerlərini bağlayarlar və ya maddi çətinliklər yaşadıqları üçün borclanarlar. Yuxu sahibinin qiymətli mallarının əlindən çıxacağına, şərikliklərin pozulacağına, ailə içində maddi problemlər üzündən mübahisələr yaşanacağına yozulmaqdadır. Çətin günlərə giriləcəyini xəbər verən bu yuxu, həmin şəxsi bir sıra tədbirlər görməsi üçün xəbədar edər.

Yuxuda Fil Tutmaq
Fil tutan adam xəstədirsə sağlamlığına qovuşar və xəstəliyindən xilas olar, həm maddi problemlərini qısa zamanda həll edər. . Fil tutan adamın evliliyi də xeyirli olar. Ailədən dəstək görər, pul çətinliyi çəkmədən, yaxşı və xoşbəxt bir həyat yaşayar.

Yuxuda Fil Rəsmi Çəkmək
Yuxuda fil rəsmi çəkən adamın həyatında, hər vaxt özünə dəstək olan insanlar vardır. Fil rəsmi çəkən insanlar 
qısa müddətdə maddi cəhətdən vəziyyəti düzələr ev sahibi olar. 
 
Yuxuda Fil Sürüsü Görmək
İş həyatında yüksəlişə keçmək, söz sahibi olmaq, mövcud mövqedən daha yüksəklərə çıxmaq mənasını verər. Hər mənada şansı işarə edən yuxu, adamın nə istəyi varsa əldə edəcəyinə, sevdiyi adamla yuva quracağına, həm də zəngin biri olacağına işarə edər. Yuxu sahibinin mülk sahibi olacağına həmiçinin zəngin biri ilə evlənəcəyinə yozular.

Yuxuda Fil Ovuna Çıxmaq
Rəqabət mühitinin yuxu sahibində gərginliyə səbəb olacağına və rəqiblərini üstələyəcəyinə işarətdir. Yuxu sahibinin hər istədiyini əldə edərək xoşbəxt yaşayacağına yozulmaqdadır.

Yuxuda Fil Tərəfindən Yaralanmaq
Yuxu sahibinin doğru qərarlar almadığı üçün maddi cəhətdən çətinliklər yaşayacağına
 şərh olunar. Bu yuxu güclü bir rəqibin varlığına işarə edər. 

Yuxuda Yaralı Fili Müalicə etmək
Keçmişdə çox zəngin və xeyirli işlər edən birinin çətinliyə düşəcəyinə və yuxu sahibinə gələrək özündən dəstək istəyəcəyinə şərh olunar. Yaralı fili müalicə edən adam əlindəki imkanları və maddi gücü bir başqasının həyatını xilas edə bilmək üçün səfərbər edər. 


Hiç yorum yok:

Yorum Gönder

About