Yuxuda Xəstəxana Görmək
Yuxuda xəstəxana görmək, xeyirə yozulmaz. İşinizin dəyişəcəyinə işarədir. Yuxuda xəstəxanada verilən yeməklərdən yediyini görməyin mənası, sağlamlıq vəziyyətinin pozulub xəstə olmağa işarə edər. Xəstəxananı gözəl və təmiz şəkildə görmək isə xalqın vəziyyətinin yaxşı olduğunu göstərər.
Yuxuda Xəstə Görmək
Xəstələri yaxşı vəziyyətdə görmək, hər kəsin yaxşı və xoşbəxtliyini, xəstələri pis vəziyyətdə görmək, hər kəsin yaxşı vəziyyətdə olmadığına və o vəziyyətdən daha pis yerlərə gələcəyinə işarə edər. Hər hansı biri özünü ağıl xəstəsi olan insanlarla birlikdə görməsi yaxud dəlilər ilə bir mühitdə görməsi pis şeylər olacağına hətta həbsə atılmasına işarə edər. Əgər yuxunu görən adam sağlamlıq vəziyyəti yaxşıdırsa gündən-günə pis olacağına, xəstə isə daha da pisə gedəcəyinə işarə edər.
Yuxuda Xəstəxana Ziyarəti Etmək
Yuxuda xəstəxanadakı birini ziyarət etmək, xoşbəxtlik, sevinc deməkdir. Yuxuda xəstə bir adam görmək qəm və kədərə işarədir. Yuxuda bir xəstəni ziyarət etmək, çətinliklərdən xilas olmağa işarədir.
Yuxuda Xəstəxana Koridoru Görmək
Yuxuda xəstəxana koridoru görmək, narahatlığa, çətinliyə düşəcəyinizə və bundan xilas olmanın yollarını tapmağa çalışacağınıza işarədir.
Yuxuda Həkim Görmək
Yuxuda həkim görmək iş həyatınızda çalışdığınız insanlar arasından bir sıra düşmənləriniz olduğunu göstərər. Həkim görmək, müdrik birinə işarədir. Həmiçinin yuxuda həkim görmək vicdanlı, ağıllı, müdrik və qüdrətli insanlarla qarşılaşacağınıza işarədir.
Yuxuda Xəstəxana Bağçası Görmək
Xeyirli bir yuxu olmaqla birlikdə çox rahat və dinc bir həyata sahib olunacağına işarədir. Yuxu sahibinin bütün işləri xeyirlisiylə həll olacaq. Adamın yaşadığı və qarşılaşdığı uğursuzluqların sona çatacağına, şansının artacağına və psixologiyasının yaşadığı gözəl hadisələr sayəsində daha yaxşı olacağına əlamətdir.
Yuxuda Xəstəxana Koridoru Görmək
İnsanların kədərləndiyi və ağladığı bir xəstəxana koridoru görmək, pis bir hadisəyə yozulmaqdadır. Yuxuda insanların sevincli olduğu bir xəstəxana koridoru görmək həyatındakı maneələrin və onu çətinliklərə salan problemlərin asanlıqla və qısa müddət içində aradan qaldırılacağına işarədir.
Yuxuda Xəstəxana Otağı Görmək
İşıqlıq, təmiz, geniş və fərah bir xəstəxana otağı görmək yaxşı hadisələrin baş verəcəyinə yozulmaqdadır. Yuxuda çirkli, havasız, qaranlıq və kiçik bir xəstəxana otağı görmək, adamın ruhunun sıxılmasına, həyatında çətinliklər yaşayacağına yozulmaqdadır.
Yuxuda Xəstəxana Qapısında Gözləmək
Yuxu sahibinin çəkdiyi əziyyətin bitməsi, həyatının daha asan olması və həyat şərtlərinin yaxşılaşması üçün bir hadisəyə ehtiyyac olduğuna işarədir.
Yuxuda Xəstəxana Axtarmaq
Xəstəxana axtarmaq və tapdığını görmək, adamın heç ehtimal vermədiyi və haradasa ümidini tamamilə kəsdiyi bir işin həll olması deməkdir. Xəstəxana axtarmaq lakin tapa bilmədiyini görmək, kədərli olmağa işarədir.
Yuxuda Xəstəxanada İşləmək
Pis şərtlərdə, uzun saatlar, çox işlədiyinə lakin əməyinə dəyər bir gəlir əldə edə bilməməyə və bunun çarəsizliyi və çətinliyi içində olmağa yozular.
Yuxuda Xəstəxana Nərdivanı Çıxmaq
Yuxu sahibinin həll etməyə çalışdığı bir mövzu üçün yollar axtaracağına, bütün fürsətləri qiymətləndirəcəyinə işarədirr.
Yuxuda Xəstəxana Tualeti Görmək
Təmiz bir xəstəxana tualeti görmək, itirilən maddi və mənəvi hər nə varsa geri qazanılacağına, bu səbəblə əməklərinin boşa getməyəcəyinə yozular. Yuxuda murdar bir xəstəxana tualeti görmək, yuxu sahibinin narahat olmasına səbəb olacaq bəzi xəbərlər eşidəcəyinə işarə edər.
Yuxuda Xəstəxana və Körpə Görmək
Yeni hədəflərə, yeni başlanğıclara, yeni qərarlara və bu mövzuda məqsədəuyğun davranaraq həyatına dəyər, xoşbəxtlik və yeni bir məna qatmağa yozular. Adamın daha əvvəl də ağılına gələn ya da özünə təklif edilən lakin buna baxmayaraq isti baxmadığı, yaxınlaşmadığı və özünü bu səbəblə məhrum etdiyi gözəl duyğuları yaşamaq adına addım atması və sonra da "yaxşı ki etmişəm" deyəcəyinə işarədir.
Yuxuda Xəstəxana Otağında Yatmaq
Qorxu və xəyanət yaşamağa, yarı yolda buraxılmağa və haqsızlıq görməyə işarədir. Yuxunu görən adamın həyatın pis və acı yanlarını öyrənməsinə səbəb olacaq pis və naxoş hadisələrin arxa-arxaya yaşanacağına yozulmaqdadır.
Yuxuda Xəstəxana Açmaq
Yuxu sahibinin çox təsirlənəcəyi bir hadisədən ötrü digər insanların eyni çətinlikləri və çarəsizlikləri yaşamaması üçün vətəni və milləti adına faydalı bir iş edəcəyinə işarə edər.
Yuxuda Xəstəxana Və Qan Görmək
Çox təəssüf ki çox xeyirli yuxu deyil. Yuxuda qan görmək onsuz da yaxşı yozulmamaqdadır. Uğursuzluqdur. Qan yuxuları məqbul deyil və yuxunu görən adama deyiləcək yaxşı bir şey yoxdur.
Hiç yorum yok:
Yorum Gönder